Azərbaycana qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısı alınıb.
Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat mərkəzindən məlumat verilib.
Məlumata görə, sərhədçilər tərəfindən aparılan yoxlama nəticəsində oktyabrın 10-da sərhəd buraxılış məntəqəsindən Gürcüstan-Azərbaycan istiqamətində hərəkət edən Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Məmmədov Azər Tofiq oğlunun idarə etdiyi “Ford Tranzit” markalı, 90-OT-790 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində olan şassi nömrəsi ilə dövlət qeydiyyat nişanının eynilik təşkil etmədiyi aşkarlanıb.
Sərhədçilər ölkə ərazisinə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısı alıblar.
Hazırda əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Ağa AKİFOĞLU