Modern.az

Salyan sakini bacısını qətlə yetirib

Salyan sakini bacısını qətlə yetirib

Aktual

1 Dekabr 2016, 16:48

Salyanda qətl hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 12.00 radələrində Salyan rayonunun Xurşud kəndində qeydə alınıb.

 

Həmin kəndin sakini, 1999-u il təvəllüdlü Əsədov Əkbər Rauf oğlu  bacısı, 1998-ci il təvəllüdlü  Fərqanə Əsədovanı bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan F. Əsədova hadisə yerində ölüb.

 

Ə. Əsədov könüllü olaraq özünü polisə təslim edib.

 

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı