Modern.az

Nazir Yevlaxda mədəniyyət müəssisələrinə baxdı

Nazir Yevlaxda mədəniyyət müəssisələrinə baxdı

Актуально

28 Noyabr 2017, 15:58

Noyabrın 28-də Yevlax şəhərində vətəndaşlarla görüşən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə də tanış olub.

İlk olaraq Yevlax şəhər Mədəniyyət Mərkəzinə gələn nazirə müəssisənin fəaliyyəti haqqında məlumat verilib. Mərkəzdə əhaliyə mədəni xidmətlərin göstərilməsi, milli adət-ənənələrin, musiqi mədəniyyətimizin təbliği istiqamətində görülən işlərdən bəhs olundu. Bildirildi ki, burada dərnəklər, kurslar, özfəaliyyət kollektivləri fəaliyyət göstərir.

Əbülfəs Qarayev daha sonra şəhərdəki Yaradıcılıq Mərkəzinin binasında fəaliyyət göstərən kukla teatrı ilə tanış olub. Nazir teatra müvafiq səhnə avadanlıqlarının veriləcəyini bildirib, onun gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini diqqətə çatdırıb. Teatr kollektivinin səhnələşdirdiyi tamaşadan parça nümayiş olunub.    

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı