Modern.az

Bakının bir hissəsi susuz qalacaq

Bakının bir hissəsi susuz qalacaq

Актуально

9 Fevral 2018, 10:33

Bakıda bir neçə küçə və prospekt boyunca içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

"Azərsu" ASC-dən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar fevralın 9-da gün ərzində Süleyman Vəzirov, Fəzail Bayramov, Afiyəddin Cəlilov, Mehdi Mehdizadə, Nəcəfqulu Rəfiyev, Natiq Əliyev, Əllədin Quliyev küçələrinə, Xocalı, Nobel və Babək prospektləri boyu bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı