Modern.az

Daxili İşlər Nazirliyi bu şəkillə bağlı AÇIQLAMA verdi: “Hadisəni “KamAZ” törədib”  

Daxili İşlər Nazirliyi bu şəkillə bağlı AÇIQLAMA verdi: “Hadisəni “KamAZ” törədib”   

مورد توجه

28 Mart 2018, 17:25

Daxili İşlər Nazirliyi (DİN) Bakıda süpürgəçi qadının maşınla vurulduğunu əks etdirən fotoşəkillə bağlı açıqlama verib.

DİN-nin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə martın 27-də saat 18 radələrində baş verib:


“Sabunçu rayonunun Sabunçu qəsəbəsində “KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəmilə Salahova vurulub və nəticədə piyada hadisə yerində ölüb”.

Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb:

“Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı