Modern.az

Əfqanıstanda 16 hərbçi öldürüldü

Əfqanıstanda 16 hərbçi öldürüldü

Güncel

4 Sentyabr 2018, 12:15

Əfqanıstanın şərqində Paktiya vilayətində bu gecə Taliban silahlıları hüquq mühafizə orqanlarının əməkdaşlarına hücum ediblər.

Modern.az xarici KİV-ə stinadən xəbər verir ki, nəticədə 16 hərbçi həyatını itirib, daha 15 nəfər isə yaralanıb.

Ölənlərin 13-nün hərbçi, qalan 3-nün isə polis əməkdaşları olduğu bildirilir.

Yerli hakimiyyət orqanları məlumatı təsdiqləyərək, Taliban qruplaşmasının da itki verdiyini qeyd edib.

Onların sözlərinə görə nəticədə Taliabnın 28 silahlısı öldürülüb, daha 9 nəfər isə yaralı ələ keçirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı