Modern.az

Mərkəzi Bankın valyuta ehtiyatları 8 faiz artıb

Mərkəzi Bankın valyuta ehtiyatları 8 faiz artıb

Aktual

4 Sentyabr 2018, 18:22

2018-ci ilin iyul ayının sonuna olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları ötən ilin analoji dövrü ilə müqayisədə 402,3 milyon dollar (7.9 faiz) artaraq, 5 503,5 milyon dollar təşkil edib.

Bu barədə Modern.az-a AMB-nin rəsmi saytına istinadən məlumat verir.

 

İyul ayında Mərkəzi Bankın valyuta ehtiyatları 43,3 milyon dollar, ilin əvvəlində isə 168,9 milyon dollar azalıb.

Ötən il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 1,36 milyard dollar (34,2 faiz) artıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı