Modern.az

“Manatın möhkəmlənməsi istehsalla yanaşı, ixraca da təsirsiz ötüşməyəcək” - Nazir

“Manatın möhkəmlənməsi istehsalla yanaşı, ixraca da təsirsiz ötüşməyəcək” - Nazir

Aktual

4 Dekabr 2018, 22:23

"Manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili sitehsalçıların fəaliyyətinə mənfi təsir göstərir". Modern.az "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

 

O bildirib ki, manatın məzənnəsinin yüksəlməsi istehsalla yanaşı ixraca da təsirsiz ötüşməyəcək:

 

"Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı