Modern.az

Sabirabadda maşın mağazaya çırpıldı - Ölən və xəsarət alan var

Sabirabadda maşın mağazaya çırpıldı - Ölən və xəsarət alan var

Aktual

8 Mart 2019, 17:48

Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, martın 7-də saat 21 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində Şıxlar kənd sakini M.Əliyev idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarında olan mağazanın dıvarına vurub. Nəticədə sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

 

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı