Modern.az

Azərbaycanda 25 ildir itkin sayılan şəxs tapıldı

Azərbaycanda 25 ildir itkin sayılan şəxs tapıldı

Current

15 May 2019, 00:55

Azərbaycanda itkin sayılan soydaşımız Ukraynadan Vətənə yola salınıb. Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Murad Cəfərov mətbuata açıqlamasında bildirib ki, 25 il bundan əvvəl Azərbaycanı tərk edərək Ukraynaya gedən və bir daha geri qayıtmayan Yusif Nağıyev Vətənə yola salınıb.

Murad Cəfərovun sözlərinə görə, Yusif Nağıyev ötən illər ərzində Azərbaycanda itkin sayılırdı.

“Bu gün diasporumuzun aktiv fəaliyyəti nəticəsində Yusif Nağıyev Vətənə dönüb. Mariupl şəhərindəki diaspor fəalımız Ayxan Hacıbəyliyə UABD-nin rəhbərliyi adından təşəkkürümüzü bildiririk. Onun sayəsində Yusif Nağıyevin vətəndaşlıq sənədləri bərpa olundu, qohumları tapıldı”, - deyə UABD-nin sədr müavini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı