Modern.az

Azərbaycanda radikal dini dəstə tutulub

Azərbaycanda radikal dini dəstə tutulub

Актуально

16 Yanvar 2012, 14:11

Daxili İşlər Nazirliyinin məlumatına görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də qanunla qadağan edilmiş radikal yönümlü dini təriqətlərlə məşğul olan Şəki şəhər sakinləri Təsvirə Əhmədovanın, Mehdi Mehdiyevin, İlqar Qafarovun, Nəbi Babayevin və Söhrab Bəşirzadənin evlərinə baxış zamanı oradan 100-ə yaxın dini kitab, 80 adda müxtəlif dini təriqətlərin yayımı üçün nəzərdə tutulmuş broşüralar, 100-ə yaxın kitabçalar, 20 ədəd disk, 7 ədəd audio-video kassetlər, 100-ə yaxın dini ayələr, o cümlədən Azərbaycan dövlətini Müstəqil İslam Dövləti kimi təbliğ edən Terrorizm və Müstəqil Müsəlman İcmalarını təbliğ edən broşüralar aşkar edilərək götürülüb.

Daşüz kənd məscidində isə 12 azyaşlı qızın dini təriqətlə məşğul olmaları da müəyyən edilib. Araşdırmalar aparılır.

Şəki ŞRPŞ və MTN-nin Şəki rayon şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də qanunla qadağan edilmiş radikal yönümlü dini təriqətlərlə məşğul olan, Şəki şəhər sakinləri Şahmurad Ağabalayevin, Cahangir Çələbiyevin, Sani Heydərovun, Aydın Mülayimovun evlərinə baxış zamanı oradan 26 ədəd dini kitab, 6 ədəd kitabça, 7 ədəd vərəqə, 1 ədəd əllə yazılmış dəftər, 1 ədəd buklet, 1 ədəd videokaset və 7 ədəd disk aşkar ediələrək götürülüb. Araşdırmalar aparılır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı