Modern.az

Qubada ikimərtəbəli evdə YANĞIN: Xəsarət alanlar var

Qubada ikimərtəbəli evdə YANĞIN: Xəsarət alanlar var

Aktual

2 İyun 2019, 15:48

Qubada ikimərtəbəli ev yanıb.

 

Modern.az-ın "Report"a istinadən məlumata görə, hadisə Mirzəbaba Tahirov küçəsi 40 ünvanında qeydə alınıb.

Hadisə yerinə FHN nin Quba Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və Quba Mərkəzi Rayon Xəstəxanasının təcili tibbi yardım maşını cəlb edilib.

Niftulla Yaşar oğlu Əliyevə məxsus evin yanması nəticəsində ailə üzvlərindən biri - 33 yaşlı Əlibala Yaşar oğlu Əliyev yanıq xəsarətləri alıb. Ə.Əliyev Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan Bakıdakı 5 saylı Yanıq Mərkəzinə göndərilib.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı