Türkiyə Silahlı Qüvvələri şəhid verib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tunceli bölgəsinin Ovacıq rayonunda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verib.
Atışma zamanı Türkiyə ordusu daha 1 şəhid verib, 2 əsgər isə yaralanıb.
Terrorçulara qarşı əməliyyatın davam etdirildiyi bildirilib.