Modern.az

Bakıda satıcını küt alətlə döydülər

Bakıda satıcını küt alətlə döydülər

Aktual

4 İyul 2019, 23:44

Binəqədi rayonunda marketdə döyülmə hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, hadisə Dərnəgül şosesində yerləşən marketlərin birində baş verib.

1975-ci il təvəllüdlü Həmzəyev Malik Samir oğlu satıcı işlədiyi marketdə naməlum şəxslə dava edib. O, küt alətlə (beysball çubuğu) döyülüb. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı