Lənkəranda itkin düşən 18 yaşlı oğlan tapılıb.
Modern.az xəbər verir ki, rayonun Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü Rüfət Rasim oğlu Axundlu dünən evdən çıxıb və bir daha geri qayıtmamışdı.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Axundlu “Sədərək” ticarət mərkəzində tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.