Modern.az

Putin iş adamlarının müdafiəsinə qalxdı

Putin iş adamlarının müdafiəsinə qalxdı

Aktual

3 Avqust 2019, 11:17

Rusiya Prezidenti Vladimir Putin cinayət işi ilə bağlı aktiv istintaq işi aparılmadığı təqdirdə, sahibkarların həbsini uzatmağı qadağan edən qanun imzalayıb.

 

Rusiyada hüquq məlumatlarının yayımlandığı portalda yerləşdirilən xəbərdə belə deyilir.

Qeyd edilir ki, istintaq qrupu ittiham olunan iş adamını həbsdə saxlamaq üçün əsas gətirməli olacaq. Həbsin müddəti isə istintaq işinin həcmindən asılı olmalıdır.

 

İstintaqdan qaçmağa çalışmadığı və daim ölkə ərazisində yaşadığı halda, həbsinə icazə verilməyən şəxslərin də siyahısının təsdiqləndiyi bildirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı