Modern.az

Şehiç “Qarabağ”a qayıdır

Şehiç “Qarabağ”a qayıdır

Aktual

31 Avqust 2019, 20:15

“Qarabağ” sabiq qapıçısı İbrahim Şehiçi qaytarmaq üzrədir.

Modern.az  xəbər verir ki, Ağdam təmsilçisi futbolçunun klubu Türkiyə “Ərzurumspor” ilə danışıqların son mərhələsindədir. Əgər razılıq əldə edilsə, Şehiç qısa zaman ərzində “Qarabağ”a qoşulacaq. Bosniyalı qolkiper özü artıq Azərbaycan qayıtmağa razılıq verib.

Qol.az-ın əldə etdiyi  məlumata görə, məsələ bu gün ərzində həllini tapmalıdır.

Xatırladaq ki, Şehiç 2013-18-ci illərdə “Qarabağ”da oynayıb. Ötən il isə o, müqaviləsi başa çatdıqdan sonra Türkiyənin “Ərzurumspor” klubuna keçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı