Modern.az

İran Xəzər dənizində geniş hərbi təlim keçirəcək

İran Xəzər dənizində geniş hərbi təlim keçirəcək

Aktual

31 Avqust 2019, 20:34

Yaxın günlərdə İran Xəzər dənizində geniş hərbi təlimlər keçirəcək.

Modern.az  yerli mediaya  istinadən bildirir ki, bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadə deyib.

O qeyd edib ki, 4 gün davam edəcək təlimlər İranın ərazi sularında keçiriləcək. Təlimlərə hərbi gəmilərlə yanaşı, helikopterlər də cəlb olunacaq.

Kontr-admiral nəzərə çatdırıb ki, İran və digər Xəzəryanı dövlətlər arasında hərbi əməkdaşlığın genişlənməsi haqqında danışıqlar aparılır. Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin komandanlıqları arasında növbəti görüş sentyabrda Rusiyada olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı