Modern.az

Rusiya ABŞ üçün “sürpriz” hazırlayır

Rusiya ABŞ üçün “sürpriz” hazırlayır

Aktual

26 Sentyabr 2019, 19:28

Rusiya XİN rəhbəri Sergey Lavrov onun rəhbərlik etdiyi nümayəndə heyətinin bəzi üzvlərinə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında iştirak etmək üçün ABŞ-ın viza verməməsinə münasibət bildirib.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Xarici İşlər nazirinin sözlərinə görə, ABŞ-a bu məsələ ilə əlaqədar mütləq cavab veriləcək.

"Cavab olacaq. Biz tədbirlər görürük. Bizi surpriz imkanından məhrum etməyin".

Xatırladaq ki, ABŞ Rusiya nümayəndə heyətinin 10 üzvünə BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak üçün viza verməyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı