Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək.
Modern.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” növbəti matçına çıxacaq. Komandamız Lüksemburqda “Düdelanj”ın qonağı olacaq.
“Düdelanj”ilk görüşdə səfərdə Kipr APOEL-ni 4:3 udub. Komandamız isə Bakıda "Sevilya"ya uduzub (0:3).
Qrupun digər oyununda "Sevilya" APOEL-i qəbul edəcək.
3 oktyabr
A qrupu
23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. “Jozi Bartel” stadionu.
23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr)
| 1. | Sevilya | 1 | 1 | 0 | 0 | 3:0 | 3 |
| 2. | Düdelanj | 1 | 1 | 0 | 0 | 4:3 | 3 |
| 3. | APOEL | 1 | 0 | 0 | 1 | 3:4 | 0 |
| 4. | Qarabağ | 1 | 0 | 0 | 1 | 0:3 | 0 |