Modern.az

"Liverpul"la bağlı gözlənilməz qərar

Aktual

3 Oktyabr 2019, 13:38

İngiltərə Futbol Liqası "Liverpul" klubuna qarşı aparılmış araşdırmanın nəticəsini açıqlayıb. Buna səbəb komandanın 1/16 finalda "Milton Kins Dons"la matçda səhvə yol verməsidir. Belə ki, həmin görüşdə iştirak hüququ olmayan Pedro Çirivelya meydana çıxıb.

Modern.az xarici mediaya istinadla bildirir ki, "Liverpul" turnirdən kənarlaşdırılmaqdan yayınaraq, 200 min funt sterlinq məbləğində cərimə ilə qurtulub. 

Qeyd edək ki, "Liverpul" - "Milton Kins Dons" qarşılaşması birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı