Modern.az

Bakı qışa hazır deyilmiş... - FOTOLAR

Bakı qışa hazır deyilmiş... - FOTOLAR

Aktual

25 Noyabr 2019, 08:13

Noyabrın 23-dən etibarən paytaxta yağan intensiv yağış şəhərdə nəqliyyatın hərəkətini iflic edib. Yaranmış gölməçələr səbəbindən küçələr piyadalar üçün keçilməz olub. Modern.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava proqnozunda bildirilirdi ki, paytaxtda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin noyabrın 24-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir: "Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti təşkil edəcək".

Rəsmi məlumatda hər nə qədər havanın sakit keçəcəyi, arabir yağış yağacağı bildirilsə də, ötən gün yağan yağış dayanmadı. Nəticədə isə Bakının, dövlət qurumlarının press-relizlərində iddia edildiyi kimi, payız-qış mövsümünə hazır olmadığı meydana çıxıb. Bu hal nəinki şəhərətrafı qəsəbələrdə, eləcə də Bakının mərkəzinda, o cümlədən Yasamal, Suraxanı, Sabunçu, Səbail rayonlarında insanların normal həyatının axışına mənfi təsir edib. Və beləcə hələ payız-qış mövsümü başlamamışdan dövlət qurumlarının "Payız-qış mövsümünə hazırıq" press-relizləri yağış səbəbilə yaranan gölməçələrə qərq olub...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı