Avrasya İqtisadi İttifaqının Sankt-Peterburq şəhərində keçirilən sammitində gərgin anlar yaşanıb.
Modern.az Axar.az-a istinadla xəbər verir ki, Avrasiya İqtisadi İttifaqının toplantısında çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan üzv ölkələrin rəhbərlərini salamladıqdan sonra protokolu pozub və Rusiya Prezidenti Vladimir Putinə söz verməyib.
O, birbaşa sənədlərin imzalanmasına keçməyi təklif edib. Bu hərəkəti ilə Putini acıqlandıran Paşinyan daha sonra çıxış üçün Rusiya prezidentinə söz verib. Lakin Putin çıxış etməkdən imtina edib.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı (AAİİ) 2014-cü ildə yaradılmış beynəlxalq iqtisadi təşkilatdır. Aİİ-yə beş ölkə daxildir: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan. Moldova müşahidəçi statusundadır.