Modern.az

Azərbaycan Bişkek şəhərində məktəb inşa edəcək

Azərbaycan Bişkek şəhərində məktəb inşa edəcək

Current

25 Dekabr 2019, 08:30

Dekabrın 24-də Bişkek şəhərində Azərbaycan Respublikası tərəfindən inşa ediləcək 550 yerlik müasir tipli məktəb binasının təməlqoyma mərasimi keçirilib.

Modern.az xəbər verir ki, təməlqoyma mərasində Azərbaycan Respublikasının Qırğız Respublikasında səfiri Hidayət Orucov, Bişkek şəhərinin meri Əziz Surakmatov, vitse-meri Ulanbek Azıqaliyev, Joqorku Kenişin (Parlamentin) deputatları, Bişkek şəhərinin Oktyabr rayonun icra başçısı Maksim Sitnikov, şəhər sakinləri ,diasporamızın  və KİV-nin nümayəndələri iştirak ediblər.

Təməl qoyma mərasimində  Bişkek şəhərinin Oktyabr rayonun icra başçısı Maksim Sitnikov  məktəb tikintisinin sakinlər üçün böyük və mühüm hadisə olduğunu bildirib. Səfir Hidayət Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini və təbrikini mərasim iştirakçılarına çatdırıb. Səfir bildirib ki, 30 min əhalisi olan mikrorayonda belə bir məktəbin tikilməsi çox sevindirici bir hadisədir. Həmçinin diplomat bu məktəbdə işləyəcək müəllimlər, burada təhsil alan uşaqlar və gələcək nəsillər bu əlamətdar hadisəni xatırlayacağına əminliyi ifadə edib. Xüsusilə vurğulayıb ki,  ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi qardaş dövlətlərimizin başçılarının - Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun uzaqgörən siyasəti üçün prioritet istiqamətlərdir.

Bişkek şəhərinin meri Əziz Surakmatov çıxış edərək, məktəbin Azərbaycan xalqının hədiyyəsi olduğunu, məktəbə ulu öndər Heydər Əliyevin adını veriləcəyini qeyd edib. Təməlqoyma mərasiminin Azərbaycan Prezidentinin doğum günündə baş tutmasını çox simvolik olduğunu vurğulayaraq, şəhər əhalisi adından İlham Əliyevi təbrik edib, uğurlar arzulayıb.

Qırğızıstan Respublikasına xüsusi xidmətlər üçün təqaüdçü, polkovnik Abdırasul Mıraliyev ictimaiyyət adından məktəbin tikintisini xalqlarımızın qardaşlıq bağlarının bir-birinə yaxın olmamasının daha bir sübutu və təsdiqi olduğunu söyləyib.

Məktəb binasının təməli Bişkek meri Ə.Surakmatov və səfir Hidayət Orucov tərəfindən qoyulub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı