Türkiyənin Fəthiyə bölgəsi sahillərində 15 miqrantın olduğu rezin qayıq batma təhlükəsi ilə üzləşib.
Modern.az xəbər verir ki, onların köməyinə sahil təhlükəsizlik qüvvələrinə məxsus 3 qayıq, təyyarə və helikopter göndərilib.
Məlumata görə, xilasetmə əməliyyatı həyata keçirən qüvvələr 3-ü qadın olmaqla 8 miqrantın cəsədini sudan çıxarıb.
İtkin düşən 7 miqrantın axtarışı davam etdirilir.