DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Modern.az saytına açıqlamasında bildirib ki, bu günə kimi ölkədə 1 milyon 80 min avtomobil qeydiyyata alınıb.
Son statistik rəqəmlərə görə isə Azərbaycanda əhalinin sayı 9 294,400 nəfərə çatıb. Statistika onu göstərir ki, ölkəmizdə hər doqquz vətəndaşa bir maşın düşür.