Modern.az

Azərbaycandan İrana yeni təklif

Azərbaycandan İrana yeni təklif

Current

11 Sentyabr 2012, 23:29

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov bu ökənin Şərqi Azərbaycan vilayətinin başçısı Əlirza Beygi ilə görüşüb. Azərbaycan XİN mətbuat xidmətindən Modern.az-a bildirilib ki, səfir İranda 11 avqust tarixdə baş vermiş zəlzələ nəticəsində həlak olanların yaxınlarına bir daha başsağlığı verib və blidirib ki, Azərbaycan zəlzələdən zərər çəkənlərə göstərdiyi yardımı davam etdirmək niyyətindədir. Bu məqsədlə zəlzələnin baş verdiyi qəsəbələrdən birində müasir məktəb və ya xəstəxananın tikintisi ilə bağlı Azərbaycan hökumətinin təklifini vilayətin başçısına təqdim edib.

Şərqi Azərbaycan vilayətinin başçısı Əli Beygi öz növbəsində zəlzələdən zərər çəkənlərə göstərdiyi yardıma görə Azərbaycan Respublikasına öz minnətdarlığını bildirib.

Vilayətə səfəri çərçivəsində səfir burada aparılan bərpa işləri ilə tanış olub və yerli əhali ilə söhbət edib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı