Modern.az

Əli İnsanov xəbər göndərdi: “Narahat olmayın sağ-salamatam”

Əli İnsanov xəbər göndərdi: “Narahat olmayın sağ-salamatam”

Current

19 Sentyabr 2012, 16:26

Sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanov  mətbuatda dünyasını dəyişməsi haqda yayılan məlumatlara ironiya ilə cavab verib. Keçmiş nazirin vəkili Toğrul Babayevin Modern.az-a verdiyi məlumata görə, Əli İnsanov “ölüm xəbərini” təəccüblə qarşılayıb.

“Bir neçə dəqiqə bundan öncə Əli İnsanovla görüşdüm. Hal-hazırda onun səhhəti də normaldır. Əli İnsanov heç bir problem, çətinliyi yoxdur, hər şey qaydasındadır.  Mətbuatda bu gün haqqında çıxan məlumatı ona deyəndə Əli müəllim təəccübləndi. Daha sonra buna gülərək reaksiya verdi ki, “narahat olmasınlar, sağ-salamatam”. Əvvəlki görüşlərlə müqayisədə Əli müəllim bu dəfə özünü daha gümrah hiss etdiyini bildirdi”, - deyə vəkil bildirib.

T.Babayev  həmçinin qeyd edib ki, Əli İnsanovu həbsxanada hüquq müdafiəçiləri Səidə Qocamanlı və Novella Cəfəroğlu da tez-tez ziyarət edir.  

Anar RÜSTƏMOV  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı