Modern.az

Maqsud İbrahimbəyov: “Rüstəm mənim ögey qardaşımdır”

Maqsud İbrahimbəyov: “Rüstəm mənim ögey qardaşımdır”

Актуально

27 Noyabr 2012, 08:52

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Arif Rəhimzadə Rusiyada azərbaycanlı oliqarxların yaratdığı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) barədə modern.az-a danışıb. A.Rəhimzadə RATİ-nin təsisçilərindən olan tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovla bağlı mövqeyini açıqlayarkən onu qardaşı, sabiq deputat Maqsud İbrahimbəyovla müqayisə edib.

“Maqsud İbrahimbəyovla Rüstəm İbrahimbəyovu heç zaman eyniləşdirmək olmaz. Hesab edirəm ki, onlar başqa-başqa düşüncə sahibləridir. Bu barədə çox şey deyə bilərəm. Onlar qardaş olsalar da tamamilə fərqli insanlardır. Maqsud harada olursa-olsun Azərbaycanın mövqeyini, milli maraqlarını hər şeydən yüksəkdə tutur” - deyə A.Rəhimzadə bildirib. 
2005-2010-cu illərdə Milli Məclisin üzvü olarkən də mətbuatdan kənar dayanan Maqsud İbrahimbəyov bununla bağlı musavat.com-a müsahibə verib,

- Maqsud müəllim, siz deputat olduğunuz dövrdə də biz parlament jurnalistləri üçün əlçatmaz oldunuz. Mətbuatdan kənar dayanmağınız nə ilə bağlıdır? Bunun günahı mətbuatdadır, yoxsa...?

- Bütün günahlar məndədir. Mən heç vaxt mətbuata çıxmağa maraqlı olmamışam. Danışmalı söz yoxdur. Kommunist Partiyasının XVI qurultayında Stalin çıxış edəndə - özü də yaxşı vurmuşdu - dedi ki, nə haqqında danışasan, hər şey danışılıb, hələ üstəlik təkrar da deyilib. İndi biz nədən danışaq? Danışmalı söz qalmayıb.

- Ən azı yaradıcılığınızdan danışmaq olardı, siz də yaradıcı insansınız...

- Təzə kitablarım çıxıb, istəyirsiniz bağışlayım sizə. İkisi Moskvada, biri də Bakıda nəşr edilib, vəssalam.

- Amma kitablarınızın təqdimatını keçirməyə də maraqlı olmursunuz...

- Özüm istəmirəm. Doğrudan mən hesab edirəm ki, yazıçı gərək çox danışmasın. Mən hər gün işləyirəm, yazıram, kitablarım çıxır. Keçən il iki romanım çıxıb, nə sözlərim vardı, orda yazmışam. Bundan artıq nədən danışım?

- Son kitablarınızda müasir dövrdən də bəhs edirsiniz?

- Daha bu oldu müsahibə. Kitabı bağışlaya bilərəm, amma danışmağa ehtiyac görmürəm.

- Sizinlə danışmağımızı zəruri edən həm də dostunuz Arif Rəhimzadənin barənizdə dedikləri oldu.

- Nə deyib ki?

- Mətbuata açıqlama verib ki, Rüstəm İbrahimbəyovla qardaşı Maqsud İbrahimbəyovu eyniləşdirmək olmaz, onlar fərqli insanlardır...

- Düz deyir. Rüstəm mənim ögey qardaşımdır. O, mənim doğma qardaşım deyil. Məgər bunu bilmirsiniz?

- Biz onu eşitmişdik ki, Rüstəm bəylə münasibətləriniz normal deyil, əlaqələr yoxdur.

- (Sualdan yayınır) Kəsəsi, çox sağ olun, zəhmət çəkib zəng edibsiniz.

- Siz deyirsiniz yazıçı yazmalıdır, danışmamalıdır. Amma ziyalıların bir qrupu bir araya gəlib Ziyalılar Birliyini yaradıblar, hakimiyyətə çağırışlar edirlər. Siz niyə bu prosesdə iştirak etmirsiniz?

- (Yenə sualdan yayınır) Mən sizə qulaq asıram, başa düşürəm ki, siz gözəl ziyalısınız. Amma öz fikirlərinizi yazın. Mən sizə yalnız təşəkkür edirəm.

- Bəs Rüstəm bəyin fikirləri barədə nə deyə bilərsiniz? Doğrudanmı sizin yanaşmalarınızı arasında çox böyük fərq var?

- (cavab verməyərək) Çox sağ olun, mən sizə zənginiz üçün təşəkkür edirəm.

- Biz də təşəkkür edirik.

Elşad PAŞASOY

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı