Modern.az

Nazirlər Kabineti bakalavr təhsili ilə bağlı dəyişiklik etdi

Nazirlər Kabineti bakalavr təhsili ilə bağlı dəyişiklik etdi

Current

10 Dekabr 2012, 13:16

Nazirlər Kabineti “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları"nda dəyişikliklər edib. Modern.az  NK-nın rəsmi saytına istinadən xəbər verir ki, dəyişiklik "Təhsil haqqında" qanunun tətbiq edilməsi barədə" ölkə prezidentinin fərmanına əsasən və təhsil nazirliyinin təklifi nəzərə alınmaqla qəbul edilib.

Dəyişikliyə əsasən, “Bir kredit 30 saata (15 auditoriya və 15 tələbənin sərbəst işi) bərabərdir” cümləsindəki “(15 auditoriya və 15 tələbənin sərbəst işi)" sözləri çıxarılıb.

Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftə müəyyən edilib. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilib.

İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı