Modern.az

Kiyevin əsas meydanında SSRİ-nin himni səsləndirildi

Kiyevin əsas meydanında SSRİ-nin himni səsləndirildi

Aktual

16 Fevral 2022, 12:19

Ukraynada SSRİ-nin qadağan olunmuş himni səsləndirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

Belə ki, “Reuters”in Kiyev Maydanından yayımlanan canlı efir zamanı qadağan edilmiş SSRİ himni səsləndirilib. Fraqmentdə Sovet İttifaqının dövlət himninin üçüncü misrasının sətirləri eşidilib.

 

“Kommunist totalitar rejiminin rəmzlərinin, o cümlədən SSRİ, Ukrayna SSR himnlərinin kütləvi ifa edilməsi və digərlərinin hazırlanması Ukraynanın bütün ərazisində qadağandır”, - Ukraynada kommunist və milli sosialist rejimlərinin pislənməsi haqqında qəbul edilmiş qanunun 4-cü maddəsinin 1-ci hissəsində qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı