Modern.az

Azərbaycanda tatar yazıçının kitabı çıxıb

Azərbaycanda tatar yazıçının kitabı çıxıb

Current

17 Fevral 2022, 10:00

Tanınmış yeni nəsil tatar yazıçı-publisisti, 100 yaşlı “Kazan Odları” ədəbiyyat-mədəniyyət jurnalının baş redaktoru Rüstəm Qaliullinin Azər­bay­canda hekayələr kitabı gün üzü görüb.

Modern.az xəbər verir ki, “Ata və oğul” adlı kitabda müəllifin 8 hekayəsi toplanıb. Hekayələri ruscadan və tatarcadan şair-publisist, tər­cüməçi İlqar Türkoğlu çevirib. Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı kitaba “Ən yeni tatar ədəbiyyatı və Rüstəm Qaliullin” adlı önsöz yazıb. Tatar yazıçısının kitabının redaktoru Kəmalə Səlim Müslümqızı, rəssamı Nəvai Metindir.

Yeni nəsil tatar ədəbiyyatının özünə­məxsus ciddiyyəti, çalışqanlığı və istedadı ilə seçilən nümayəndəsi Rüstəm Qaliullinin hekayələrdən ibarət nəsr kitabı iki qardaş xalqın ədəbi, mədəni əlaqələrinin möhkəmlənməsinə xidmət edən layihələrdən biri kimi önəmlidir. “Ata və oğul” Rüstəm Qaliullinin tatarca və ruscadan sonra, başqa dildə çıxan ilk kitabı olma özəlliyinə də sahibdir.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı