Modern.az

Ermənistanda daha bir yüksək rütbəli hərbçi vəzifədən çıxarıldı

Ermənistanda daha bir yüksək rütbəli hərbçi vəzifədən çıxarıldı

Current

24 Fevral 2022, 16:18

Ermənistan prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyan daha bir yüksək çinli hərbçi ilə bağlı sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama əsasən, Armen Aruşanyan Ermənistan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının rəisi - idarə rəisi vəzifəsindən azad edilib.

Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Xəbər verdiyimiz kimi, bundan əvvəl Artak Davtyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı