Modern.az

Tviter-də Xocalı həşteqləri dünya trendində birinci oldu

Tviter-də Xocalı həşteqləri dünya trendində birinci oldu

Aktual

26 Fevral 2022, 19:48

Bu gün "Twitter"də sosial şəbəkə istifadəçiləri tərəfindən Xocalı soyqırımının dünyaya tanıdılması, “Xocalıya Ədalət” naminə müxtəlif dillərdə (ingilis, rus, alman və fransız) kampaniya keçirilib.

 

Modern.az xəbər verir ki, kampaniya çərçivəsində #JusticeforKhojaly həştəqi dünya trendində 1-ci yer, #HocalıKatliamı isə 5-ci yerdə olub.

 

Amerika trendində #JusticeforKhojaly 4-cü yer, Fransa trendində 3-cü yer, Kanada trendində isə 2-ci yerdə olub.

 

Türkiyə trendində isə #HocalıKatliamı 1-ci yer, #HocalıSoykırımı 2-ci yerdə qərarlaşıb.

 

Paylaşımlarda dövlət rəsmiləri, beynəlxalq təşkilatlar işarələnərək bu soyqırım aktına lazımi siyasi və hüquqi qiymət verilməsi vurğulanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı