NATO-nun Baş katibi Yens Stoltenberq sabah Türkiyəyə səfər edəcək.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə NATO-dan məlumat verilib.
Səfər çərçivəsində Baş katibin Antalya Diplomatiya Forumunda iştirak edəcəyi, Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyi vurğulanıb.