Modern.az

Deputat Şəhidlər parkı üçün hökumətdən dəstək İSTƏDİ

Deputat Şəhidlər parkı üçün hökumətdən dəstək İSTƏDİ

Aktual

15 Mart 2022, 13:06

Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2021-ci illik fəaliyyət hesabatının müzakirəsi zamanı deputat Vüqar Bayramov Baş nazirə müraciət edib.

 

Modern.az-ın məlumatına görə, parlamentari Əli Əsədovdan Füzuli rayonu Böyük Bəhmənli kəndində Şəhidlər Parkının yenidən qurulması ilə bağlı dəstək olmasını xahiş edib.

 

Deputat bildirib ki, Böyük Bəhmənli kəndi Azərbaycanda ən çox şəhidi olan kəndlərimizdəndir və Şəhidlər parkının yenidən qurulmasına ehtiyac var.

 

Parlamentari bu məsələnin həllinə hökumətin dəstək verilməsini xahiş edərək, bununla bağlı çoxlu müraciətlərin daxil olduğunu vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı