Modern.az

Daha 10 terrorçu məhv edildi

Daha 10 terrorçu məhv edildi

Aktual

26 Aprel 2022, 22:16

Türkiyə Silahlı Qüvvələri Suriyada PKK/YPG terrorçularına qarşı növbəti dəfə əməliyyat keçirib. Türkiyə ordusu daha 10 terrorçunu məhv edib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, PKK/YPG silahlıları "Barış Pinarı", “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyat zonalarında zərərsizləşdirilib. Nazirlik terrorçuların Türkiyə Ordusunun nəzarətində olan əraziləri atəşə tutduğunu açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı