Modern.az

Lvovda raket zərbələri endirildi

Lvovda raket zərbələri endirildi

مورد توجه

4 May 2022, 08:25

Ukraynanın Lvov şəhəri raket hücumuna məruz qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər meri Andrey Sadovıy Telegram səhifəsində məlumat yayıb.

 

Mer əhaliyə sığınacaqlarda qalmağı tövsiyə edib. Raket zərbələrindən sonra şəhərin bəzi rayonlarına elektrik enerjisinin verilişi dayanıb.

 

Bundan başqa, Rusiya qoşunları Lvov vilayəti ərazisinə də raket zərbələri endirib. Lvov şəhəri və vilayətinə endirilən raket zərbələri nəticəsində ölən və xəsarət alanların olub-olmadığı araşdırılır. Eyni zamanda Vinnitsa vilayəti ərazisinə də raket zərbələri endirilib, güclü partlayışlar qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı