Modern.az

3 nəfər yoluxdu - bu gün də ölən olmayıb

3 nəfər yoluxdu - bu gün də ölən olmayıb

Current

4 May 2022, 21:11

Azərbaycanda koronavirus infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Son sutkada koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

 

İndiyədək ümumilikdə 792 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 818 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər dünyasını dəyişib, hazırda aktiv xəstə sayı 61 nəfərdir.

 

Son gün ərzində 2351, hazırkı dövrədək isə 6 823 023 test aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı