Modern.az

İlin ilk Ay tutulması bu tarixdə baş verəcək

İlin ilk Ay tutulması bu tarixdə baş verəcək

Current

13 May 2022, 15:56

Mayın 16-da 2022-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Bu, tam Ay tutulması olacaq.

 

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Modern.az bildirilib ki, tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq.

 

Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

 

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı