Modern.az

Bu dəfə Şuşaya pensiyaçılar getdi - FOTO

Bu dəfə Şuşaya pensiyaçılar getdi - FOTO

Aktual

2 İyun 2022, 13:24

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Şuşa ili” çərçivəsində şuşalı pensiyaçıların Şuşaya səfərini təşkil edib. 

 

DSMF-dən Modern.az-a verilən məlumata görə, 2 günlük səfər zamanı pensiyaçılar Şuşada Yuxarı Gövhər ağa məscidini, məşhur sənətkar Bülbülün ev-muzeyini, Şərqdə opera janrının banisi Üzeyir Hacıbəylinin ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət edəcəklər.


Səfər “Cıdır düzü”ndə təşkil olunan toplantı ilə başa çatacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı