Modern.az

Əfqanıstan diktatorunu məhv edən sovet xüsusi təyinatlısı ÖLDÜ

Əfqanıstan diktatorunu məhv edən sovet xüsusi təyinatlısı ÖLDÜ

Aktual

13 İyun 2022, 13:46

Əfqanıstanın sabiq diktatoru Hafizullah Amini şəxsən məhv edən “Alfa” qrupunun keçmiş xüsusi təyinatlısı Aleksandr Plyusnin 73 yaşında vəfat edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, SSRİ idman ustası və sambo üzrə SSRİ DTK-sının dəfələrlə çempionu olmuş Aleksandr Plyusnin sovet xüsusi təyinatlıların əfsanəsi sayılırdı.

Onun adı uzun müddət müxtəlif əməliyyatlarda keçib.

Aleksandr Plyusnin 27 dekabr 1979-cu ildə həyata keçirilən "Fırtına-333" (Əfqanıstan diktatorunun Kabilin kənarındakı sarayına hücum) və "Baykal-79" (Kabildəki strateji obyektlərin ələ keçirilməsi) əməliyyatlarında əsas sima olub.

Məhz həmin əməliyyat zamanı Hafizullah Amin məhv edilmişdi. Həmin hadisə zamanı Hafizullah Plyusnin tərəfindən atılan qumbara parçasından ölümcül yaralanmışdı.

Silah yoldaşları qeyd ediblər ki, “Alfa” qrupunun bütün tarixində ikinci belə döyüşçü olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı