QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəsdəyi Şurasının dəstəyi ilə 11 mart saat 10 : 00- da “Park İnn” Oteldə beynəlxalq təşkilatlarla birgə forum keçirəcək.
Alyansdan
Modern.az-a bildirilib ki, forum “Beynəlxalq təşkilatlarla yerli QHT-lərin əməkdaşlığının gücləndirilməsi” mövzusunda təşkil olunacaq. Forumda 30- dək beynəlxalq təşkilatlar və səfirliklər, Prezident Administrastiyası, Prezident Yanında QHT- lərə Dövlət Dəstəyi Şurası, eləcə də digər dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ölkədə fəaliyyət göstərən çoxsaylı QHT rəhbərləri, media və yeni media rəhbərləri, ekspertlər və digər qonaqlar iştirak edəcək.
Forumda beynəlxalq təşkilatlarla əməkdaşlıq edən bütün QHT və media rəhbərləri öz təklif və fikirlərini açıq şəkildə bildirəcək. Azəbaycanının ümumi problemləri ilə və eləcə də ölkədə baş verən yeniliklərlə bağlı vətəndaş cəmiyyəti üzvlərinin vahid mövqedən çıxış etməsi üçün ümumi fikirə gəlinəcək.
Forumun sonunda bəyannamə qəbul olunacaq.
Modern.az