Modern.az

Avtonom maşınların sınaq sürüşlərinə başlanıldı

Avtonom maşınların sınaq sürüşlərinə başlanıldı

Güncel

14 Avqust 2022, 09:00

İtaliyada avtonom rejimdə idarə olunan, eyni zamanda 14 sərnişin tutumlu avtomobilin sınaq sürüşlərinə başlanılıb.

 

Modern.az xəbər verir ki, Turin şəhərində keçirilən sınaqlar uğurlu olarsa, avtomobil 2 kilometrlik xətt üzrə sərnişin daşıyacaq.

 

Elektriklə işləyən sürücüsüz avtomobilin uzunluğu 5 metr, eni isə 2 metrdir. Nəqliyyat vasitəsi saatda 25 kilometr sürətə çata bilir, 9 saata qədər işləyir.

 

Fransa şirkəti tərəfindən istehsal olunan avtomobil şəhər nəqliyyatında istifadə ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı