Modern.az

Baltik dənizində 80 illik bomba TƏHLÜKƏSİ

Baltik dənizində 80 illik bomba TƏHLÜKƏSİ

Aktual

14 Avqust 2022, 15:18

Baltik dənizinin dibi İkinci Dünya müharibəsindən qalan mina, bomba və kimyəvi silahlarla doludur. Hərbi sursatlar zaman keçdikcə korroziyaya uğrayaraq ekoloji fəlakətə səbəb ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın “Gazeta Wyborcza” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, Baltik dənizinin müxtəlif ərazilərində 40-100 min ton arasında müharibə dövrünə aid döyüş sursatı var.

 

Qeyd edilib ki, bu gün dəqiq kəmiyyəti müəyyən etmək çətindir, çünki Potsdam konfransının qərarlarına görə, Polşa və Almaniyadakı sursat anbarlarını tərk-silah edən Sovet İttifaqı əsgərləri alman kimyəvi silahlarının "zərərsizləşdirilməsinə" cavabdeh idilər. Hansı ərazidə nə qədər silah-sursatın suya batırılması isə dəqiq deyil.

 

Bundan əlavə, diqqətə çatdırılıb ki, hərbi sursatın “zərərsizləşdirilməsi“ üçün ilkin olaraq İsveç və Baltikyanı ölkələr arasında dənizin mərkəzində yerləşən Qotland hövzəsi seçilib. Lakin marşrutun uzaqlığını nəzərə alaraq tonlarla çəllək gəmilərdən təsadüfi yerlərə atılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı