Modern.az

Çempionlar Liqası: 8 qollu gecə, türklər sevinmədi

Çempionlar Liqası: 8 qollu gecə, türklər sevinmədi

Aktual

17 Avqust 2022, 08:44

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

 

Modern.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

 

Belə ki, Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Norveçdə "Budö Qlimt"in qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

 

Türkiyə təmsilçisi "Trabzonspor" Danimarkada "Kopenhagen"lə üz-üzə gəlib və 1:2 hesabı ilə məğlub olub. Digər qarşılaşmada isə Şotlandiya "Reyncers"i evdə Niderlandın PSV klubu ilə məhsuldar heç-heçə edib - 2:2.

 

Çempionlar Liqası, pley-off mərhələsində ilk oyunlar

16 avqust

 

"Budo Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0

Qol: Pelleqrino, 37

 

"Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə) - 2:1

Qollar: Viktor Klaesson, 9 (1:0), Lukas Lerager, 48  (2:0), Anastasios Bakasetas, 79 (2:1)

 

"Reyncers" (Şotlandiya) - PSV (Niderland) - 2:2

Qollar: İbrahim Sanqare, 37 (0:1), Antonio Çolak, 40 (1:1), Tom Lourens, 70 (2:1), Armando Obispo, 78 (2:2)

 

Qeyd edək ki, cavab qarşılaşmaları avqustun 24-də baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı