Ermənistan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Aşot Saqyanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, erməni akademiklər Xankəndidə Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanla görüşüblər.
Görüşdə qondarma “dqr”də təhsil və elmin inkişafı ilə bağlı “məsələlər” müzakirə olunub.