Modern.az

Şabranda yanğın törədən şəxs SAXLANILIB

Şabranda yanğın törədən şəxs SAXLANILIB

Aktual

5 Sentyabr 2022, 09:08

Şabran Rayon Polis Şöbəsinə müraciət edən DYMH-nin dispetçeri rayon ərazisində 10 hektardan  artıq quru otlaq sahənin və kol-kos ərazinin yandırılması barədə məlumat verib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Hadisə yerinə cəlb edilən polis əməkdaşları yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğunu müəyyən ediblər. Həmin şəxs ifadəsində hadisəni  ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən  törətdiyini bildirib .

 

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı Şabran RPŞ-də  araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı