Modern.az

Kraliçanın tabutu Edinburqa gətirildi

Kraliçanın tabutu Edinburqa gətirildi

Aktual

11 Sentyabr 2022, 22:05

Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin tabutu olan kortej Şotlandiyanın Edinburq şəhərinə çatıb.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, tabut Holirud sarayının taxt zalına yerləşdiriləcək.

 

Sentyabrın 12-də Müqəddəs Egidiya kilsəsində Böyük Britaniya Kralı III Çarlzın və Şotlandiyanın birinci naziri Nikola Stercenin iştirakı ilə ibadət mərasimi keçiriləcək.

 

Sentyabrın 13-də tabut Edinburqdan təyyarə ilə Londonun ətrafındakı “Northolt” aviabazasına gətiriləcək. Daha əvvəl mərasim Aberdin, Dandi və Pertdə olub.

 

Kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı