Modern.az

Güləşçilərimiz mübarizəni dayandırdı

Güləşçilərimiz mübarizəni dayandırdı

Current

12 Sentyabr 2022, 17:02

Azərbaycanın üç güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala adlamağı bacarmayıb.

 

Modern.az xəbər verir ki, yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq) 1/8 finalda Rabbi Kilandini (Konqo) məğlub etsə də, 1/4 finalda Armen Nazaryana (Bolqarıstan) uduzub.

 

Sabah Şəriəti (130 kq) 1/16 finalda Satiş Satişi (Hindistan) məğlub edib. Amma 1/8 finalda o, Amin Mirzazade (İran) ilə bacarmayıb.

 

Qadın güləşçilərimizdən Tatyana Omelçenko (62 kq) Ti Nquyen (Vyetnam) və Marva Amriyə (Tunis) qalib gəlib. O, 1/4 finalda Kiyoko Miraklaya (ABŞ) uduzub.

 

Yığmamızın üzvlərinə qalib gələn idmançılar finala adlayarsa, təmsilçilərimiz sentyabrın 13-də təsəlliverici görüşə çıxacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı